Üzvlük

Üzvlük Üstünlükləri
Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinə
1.Azərbaycan “Peşəkar Ortodont Stomatoloqlar” ictimai birliyi tərəfindən təşkil olunan tədbirlərdə üzvlərə qeydiyyatdan öncülük və güzəştli qeydiyyat hüququnun təmin edilməsi. Sözügedən bütün tədbirlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunur və bu tədbirlərdə iştirak edən həkimlər Davamlı Peşəkar İnkişaf (DPI) kreditləri əldə edirlər.
2.Cəmiyyət tərəfindən təşkil olunan “Study Club” tədbirlərində üzvlər üçün 50% endirim tətbiq olunur.
2.Cəmiyyətimiz tərəfindən təşkil olunan beynəlxalq və yerli konfranslara öncülük və endirimli qiymətlərlə qeydiyyatdan keçməyin təmin olunması.
4.Tərəfdaş şirkətlər tərəfindən üzvlər üçün endirimli alış imkanlarının təmin edilməsi.
5.Tərəfdaş təhsil mərkəzlərində güzəştli qeydiyyat imkanlarının təmin edilməsi.
6.Üzvlər arasından gənc spikerlərin seçilməsi, təşviqi, onlara dəstək göstərilməsi və tədbirlərdə çıxış imkanının yaradılması.
7.Cəmiyyət üzvləri tərəfindən aparılan elmi araşdırmaların beynəlxalq elmi platformalarda nümayişi və təqdim olunmasına dəstək göstərilməsi.
8.Ölkədaxili və ölkəxarici beynəlxalq konfranslarda, kurslarda qeydiyyat və iştirak üçün dəstəyin təşkil olunması.
9.Ölkədaxili və ölkəxarici beynəlxalq ictimai birliklərə, dərnəklərə və cəmiyyətlərə üzv olmağa dəstək göstərilməsi.
10.Beynəlxalq indeksli jurnallara abunəliyə dəstək göstərilməsi.
Üzvlük Haqqı
Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətində illik üzvlük haqqı (2026-cı il üçün):
Həkimlər
200 ₼1 Günü
ÜZV OL
Texniklər
200 ₼1 Günü
ÜZV OL
Rezidentlər:
150 ₼1 Günü
ÜZV OL
Tələbələr:
100 ₼1 Günü
ÜZV OL
Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinə

İlkin Üzvlük Müraciəti

Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinə üzvlük üçün ilk dəfə müraciət edən həkimlərdən üzvlük anketinin bütün bölmələrinin tam doldurulması və imzalanması, şəxsiyyət vəsiqəsinin və diplomun PDF formatında skan edilmiş nüsxəsinin təqdim edilməsi tələb olunur.